Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Masallıda "KOB FEST" sərgi-satış yarmarkası keçirilir
Masallı rayonunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə "KOB FEST" sərgi-satış yarmarkası keçirilir.
Oxu.Az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.
Yarmarkada Masallı, eləcə də ətraf şəhər və rayonlardan 50-dən çox mikro və kiçik sahibkarlıq subyektinin qida və qeyri-qida məhsullarının, sənətkarların və yaradıcı şəxslərin əl işlərinin satışı həyata keçirilir. "KOB FEST" çərçivəsində mədəni-əyləncəli proqram, yaradıcı şəxslərin və sənətkarların master-klasları da təşkil olunub.
Sərgi-satış yarmarkası sentyabrın 15-dək hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.
Yarmarkanın açılış mərasimində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov tədbirin KOB-ların məhsul və xidmətlərinin tanıdılması, satış imkanlarının genişləndirilməsi, mikro və kiçik sahibkarlıq subyektləri arasında əlaqələrin qurulması və genişləndirilməsi baxımından faydalı olacağını bildiriblər.
Qeyd edək ki, "KOB FEST" sərgi-satış yarmarkaları regionlarda fəaliyyət göstərən mikro və kiçik sahibkarların istehsal etdiyi məhsul və xidmətlərin tanıdılması, satışına dəstək olmaq məqsədilə təşkil olunur. Yarmarka həmçinin, KOB subyektlərinin yeni əməkdaşlıqlar qurması, B2B görüşlərin keçirilməsi, sahibkarların satış bacarıqlarının inkişaf etdirilməsinə də öz töhfəsini verir. Masallı rayonundan əvvəl "KOB FEST" Bakı, Göygöl, Şəki və Gəncə şəhərlərində keçirilib və bu yarmarkalarda ümumilikdə 190-a yaxın KOB subyektinin məhsul və xidmətləri sərgilənib, satışı həyata keçirilib.
"Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)" teqi üzrə xəbərlər
- Ölkəmizdə dördüncü Karyera İnkişaf Forumu keçirilir
- Orxan Məmmədov: " KOB-ların yaratdığı əlavə dəyər iki dəfədən çox artıb"
- 2024-cü ilin ən fəal sahibkarlarına mükafatlar təqdim edilib
- Azərbaycanda KOB layihələrinin maliyyələşdirilməsi üçün müsabiqənin nəticələri AÇIQLANDI
- KOB-ların yaşıl keçidinə dair KOBİA və Asiya İnkişaf Bankı arasında Memorandum imzalanıb