Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün onuncu depozit hərracında 30 milyon manat cəlb edib.
Bu barədə Oxu.Az-a AMB-dən məlumat verilib.
“Mərkəzi Bank avqustun 29-da bu hərracda 50 milyon manat cəlb etməyi planlaşdırmışdı. 30 milyon məbləğində vəsait 28 gün müddətinə cəlb edilib. Orta ölçülmüş faiz dərəcəsi 9,49% təşkil edib”, - deyə məlumatda bildirilir.
Ülviyyə R. Əli
www.oxu.az