2026-cı ilin sonuna və 2027-ci ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yaydığı məlumatda bildirilir.
Belə ki, baza ssenarisi üzrə 2026-cı ilin fevral proqnozlarına görə illik inflyasiyanın 2026-cı ildə 5.5%, 2027-ci ildə isə 4% olacağı gözlənilir.
2026-cı ilə inflyasiya proqnozu azaldılma istiqamətində dəyişdirilib.