Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Mərkəzi Bank növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərar verəcək
Azərbaycan Mərkəzi Bankı (AMB) bu həftə növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərarını verəcək.
APA xəbər verir ki, sentyabrın 18-də AMB bu il ərzində faiz dərəcəsi ilə bağlı altıncı qərarını açıqlayacaq.
Son iki qərarında AMB-nin İdarə Heyəti uçot dərəcəsini sabit saxlayıb. Mərkəzi Bank uçot dərəcəsini 7,25%, faiz dəhlizinin aşağı həddini 6,25%, faiz dəhlizinin yuxarı həddi isə 8,25% səviyyəsində dəyişməz saxlayıb.
Mərkəzi Bankdan bildirilib ki, uçot dərəcəsinin dəyişməz saxlanılması və ya artırılması ilə bağlı növbəti qərarlar faktiki inflyasiya və proqnozu, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaq.
"Azərbaycan Mərkəzi Bankı (AMB)" teqi üzrə xəbərlər
- "S&P Global" Azərbaycanda növbəti iki il üçün inflyasiya proqnozunu açıqlayıb
- "S&P": 2025-ci ildə Azərbaycanın nominal ÜDM-i 75 milyard dollara çatacaq
- Az riskli yığım vasitəsi: Böyük miqdarda qızıl alışı nəyə hesablanıb?
- Qanunvericilik bazası olmayan bankçılıq sahələri hansılardır?
- Ruslan Talıbov: "31 şirkət lisenziya almaq üçün Mərkəzi Banka müraciət edib"