Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Mərkəzi Bankın strukturunda bəzi dəyişikliklər olub
Azərbaycan Mərkəzi Bankının (AMB) strukturunda bəzi dəyişikliklər olub.
Oxu.Az xəbər verir ki, bu barədə AMB-dən bildirilib.
Məlumata görə, bankların fəaliyyətinə nəzarət, bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyətinə nəzarət və beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentləri yaradılıb.
Bankların fəaliyyətinə nəzarət departamentinə Samir Eyvaz oğlu Rzayev, BOKT-lərin fəaliyyətinə nəzarət departamentinə isə Xəyyam Osman oğlu İsmayılov direktor təyin edilib.
Həmçinin sədrin ofisi şöbəsinə Xanım Nüsrət qızı Dosduzadə rəis təyin edilib, maliyyə monitorinqi departamentinin direktoru vəzifəsinə isə Samir Rzayevin əvəzinə Orxan Adil oğlu Abdullayev təyin edilib.
Bundan əlavə, kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamenti ləğv edilib.
Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Fuad Elxan oğlu Səbziyev isə vəzifəsindən ayrılıb.