Bakıda açılacaq yeni mərkəzləşdirilmiş dispetçer punktu qatarlara tam olaraq nəzarət edəcək.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Nadir Əzməmmədov söyləyib.
O deyib ki, qatarların yollarda hərəkəti, hər hansı baş verəcək hadisənin qarşısını almaq üçün sistem qurulub:
“Bu sistem bizə imkan verəcək ki, qatarların təkərlərində baş verən qızmaları vizual şəkildə izləyib tədbir görə bilək. Eyni zamanda, hər hansı digər nasazlıqla bağlı maşinistə dərhal məlumat ötürüləcək. Bunlar Bakıdan Böyük Kəsik istiqamətində olan yolda sürətin 120-140-a qaldırılması üçün ediləcək”.