Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
![Mətin Eynullayev: “Azərsığorta” ilə bağlı hələlik qərar verilməyib”](https://images.oxu.az/2023/12/07/15/05/34/3f76fb48-253c-41e8-b0bc-f8850ab6a857/413532287:1200.jpg)
Mətin Eynullayev: “Azərsığorta” ilə bağlı hələlik qərar verilməyib”
“Azərsığorta” Azərbaycan Dövlət Kommersiya Sığorta Şirkətinin fəaliyyəti ilə bağlı hələlik qərar verilməyib, müzakirələr davam edir”.
Bunu “APA-Economics”ə açıqlamasında “Azərbaycan İnvestisiya Holdinqi”nin İdarə Heyətinin sədri Mətin Eynullayev deyib.
O bildirib ki, “Azərbaycan İnvestisiya Holdinqi”nin tərkibinə qatıldıqdan sonra, “Azərsığorta”dan icbari şəxsi sığortalar alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ötürülüb. Bu isə sığorta şirkətinin maliyyə göstəricilərinə və fəaliyyətinə təsirsiz ötüşməyib.
Mətin Eynullayev əlavə edib ki, sığorta şirkəti hazırda fəaliyyətini öz resursları hesabına davam etdirir: “Bununla belə, sığorta şirkətindəki durum hazırda müzakirə predmetidir. Hər hansı bir qərar verilərsə, bu barədə məlumat veriləcək”.
Xatırladaq ki, dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətlər 2022-ci ilin yanvarın 1-dən “Azərsığorta”dan alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) ötürülüb. Portfelinin böyük hissəsinin ƏƏSMN-ə ötürülməsi sığorta şirkətinin maliyyə göstəricilərinə kəskin şəkildə təsir göstərib. Nəticədə sığorta şirkəti 2022-ci ili doqquz milyon manata yaxın kapital çatışmazlığı ilə bitirib. Bundan sonra “Azərbaycan İnvestisiya Holdinqi” şirkətdə yoxlamalara başlayıb və şirkət 2023-cü il noyabr ayından bütün satış əməliyyatlarını dayandırıb.
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN)" teqi üzrə xəbərlər
- Müavinət və təqaüdlər yaxın aylarda ARTIRILACAQ - Rəsmi
- Səhiyyə Nazirliyi dövlət tibb müəssisələrinə işə qəbul prosesini rəqəmsallaşdırıb
- 18 gün komada qalan sabiq vəzifəli şəxs: "Ayılandan sonra anladım ki, heç nə əvvəlki kimi olmayacaq"
- Narkoloji Mərkəzin direktoru CƏRİMƏLƏNDİ
- Tibb bacısını qanunsuz işdən çıxaran xəstəxana direktoru CƏRİMƏLƏNDİ