Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi baş verən mina hadisələri ilə bağlı bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə və məsuliyyətli davranmağa çağırır.
Bu barədə ANAMA-dan daxil olan məlumatda deyilir.
“Nəzərə alın ki:
- Müharibə bitsə də, işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı sursatların təhlükəsi davam etməkdədir;
- Minalanmış ərazilərdə hər bir yanlış addım həyat və sağlamlığınız üçün ciddi fəsadlar törədə bilər;
- Təyin edilmiş yerlərdən, yollardan və cığırlardan kənara çıxmayın!
- Naməlum və şübhəli əşyalara toxunmayın!
- Təhlükəsizliyinə əmin olmadığınız ərazilərə daxil olmayın!
- Atılıb qalmış hərbi sursatlar, texnikalar, səngərlər olan sahələrə, dağıdılmış yaşayış və digər tikililərin olduğu ərazilərə yaxınlaşmayın!
- Verilən təlimatlara ciddi şəkildə riayət etməyiniz həyat və sağlamlığınız üçün vacibdir”, - deyə ANAMA-dan bildirilib.