Metroda yenidənqurma və restovrasiya işləri başa çatdıqdan sonra yenidən metroda reklam yerləşdirmək mümkün olacaq.
Oxu.Az Movqe.az-a istinadən xəbər verir ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hazırda metrodakı reklamların yığışdırılması prosesi davam edir:
“Hətta metrostansiyalarda proyektor vasitəsilə edilən reklamlar da ləğv edilir. Metroda yenidənqurma və restovrasiya işləri başa çatdıqdan sonra yenidən metroda reklam yerləşdirmək mümkün olacaq. Amma daha müasir və metronun görünüşünə xələl gətirməyəcək formada reklamlar vurulacaq”.
“Bakı Metropoliteni”ndən onu da bildirdilər ki, qatarlarda isə reklam lövhələrinin olub-olmayacağı barədə indidən bir söz demək mümkün deyil:
“Hazırda metroda təmizlik, restovrasiya işləri aparılır. Bu işlər yekunlaşdıqdan sonra metroda yeni reklamların yerləşdirilməsi mümkün olacaq”.