Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Oxu.Az xəbər verir ki, fərmana əsasən Qaydanın 2.4-cü bəndində “Agentlik” sözü “Azərbaycan Respublikasının Nazirlər Kabineti” sözləri ilə əvəz edilib:
"2.4. Mənzillərin əvəzləşdirilməsi onun sahibinin birbaşa cəmiyyətə əsaslandırılmış yazılı müraciəti ilə həyata keçirilir və bu məsələyə növbədənkənar olaraq, "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada baxılır. Mənzillərin əvəzləşdirilməsinə yol verilən halları Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir".