Məlum olduğu kimi, Azərbaycanın Premyer Liqa klubları həmişə olduğu kimi, qış təlim-məşq toplanışını qonşu Türkiyədə keçirməyə başladı. Klublarımız yanvarın ilk yarısından etibarən Antalyada hazırlıqlar keçdi və yoxlama oyunlarında qüvvəsini sınadı.
Oxu.Az klublarımızın Antalyadakı oyunlarının nəticələrinə nəzər salıb.
Əvvəlcə, onu bildirək ki, ən çox yoxlama oyunu keçirən komandalarımız çempionatın ilk iki pilləsində qərarlaşmış klublarımız oldu. “Qarabağ” və “Qəbələ” hamıdan çox – altı dəfə gücünü sınadı.
Ən az oyun keçirən (üç dəfə) “Zirə” və “Keşlə” oldusa, “Sumqayıt”, “Səbail” və “Kəpəz” dörd dəfə, “Neftçi” isə beş dəfə xarici komandalarla oyun keçirmək imkanı əldə etdi.
Bu 35 matçda komandalarımız cəmi 5 qələbəyə sevinib. 12 heç-heçənin qeydə alındığı oyunlarda sparrinqlər 18 qələbəyə sevinib. 30 top vurub, qapımızdan 65-ni buraxmışıq.
Bu görüşlərdə “Qarabağ”, “Neftçi”, “Sumqayıt” və “Səbail” qələbə üzünə həsrət qalıb. Maraqlıdır ki, çempionatımızın autsayderi olan “Kəpəz” hamıdan daha yaxşı nəticə ilə yadda qalıb.
Bu komandanın passivində də “Neftçi” kimi bir oyuna qapısında səkkiz qol görməsi faktı olsa da, yeganə klubumuzdur ki, iki qələbəsi ilə öyünə bilər.
Komandalarımız ən çox Rusiya klubları ilə qarşılaşıb. Lakin keçirilən yeddi görüşün heç birində qonşularımıza qalib gələ bilməmişik.
“Qarabağ”
“Qarabağ”- “Kuban” (Rusiya) - 2:2
“Qarabağ”- “Lexiya” (Polşa) - 1:1
“Qarabağ”- “Şkupi” (Makedoniya) - 0:0
“Qarabağ”- “Mariupol” (Ukrayna) - 2:3
“Qarabağ”- “Sarayevo” (Bosniya və Herseqovina) - 0:2
“Qarabağ” - “Mladost” (Monteneqro) - 1:1
“Qəbələ”
“Qəbələ” - “Akhisar Bələdiyyəspor” (Türkiyə) - 1:1
“Qəbələ” - “Sürix” (İsveçrə) - 0:1
“Qəbələ” - “Rabotniçki” (Makedoniya) - 2:1
“Qəbələ” - “Arsenal” (Rusiya) - 3:3
“Qəbələ” - “Bohemians”(Çexiya) - 1:3
“Qəbələ” - “Şkendiya” (Makedoniya) - 0:2
“Zirə”
“Zirə” - “Volentaru”(Rumıniya) – 2:0
“Zirə” - “Avanqard” (Rusiya) – 0:3
“Zirə” – “Haladaş” (Macarıstan) – 1:2
“Sumqayıt”
“Sumqayıt” - “Konkordiya” (Rumıniya) - 0:1
“Sumqayıt” - “Akademiya Pandev” (Makedoniya) - 1:1
“Sumqayıt” - “Anji” (Rusiya) - 0:1
“Sumqayıt” – “Mladost” (Serbiya) – 0:4
“Neftçi”
“Neftçi” - “SKA-Xabarovsk” (Rusiya) - 1:8
“Neftçi” - “Konkordiya” (Rumıniya) - 0:1
“Neftçi” - “Slaviya” (Bolqarıstan) – 0:1
“Neftçi” - “Krılya Sovetov” (Rusiya) - 0:2
“Nefçti” – “Sileks” (Makedoniya) - 0:3
“Səbail”
“Səbail” - “Çernomorets” (Ukrayna) - 0:0
“Səbail” - “Napredak” (Serbiya) - 1:1
“Səbail” – “Lokomotiv” (Bolqarıstan) – 1:3
“Səbail” – “Senitsa” (Slovakiya) – 2:2
“Keşlə”
“Keşlə” – “Rabotniçki” (Makedoniya) – 1:0
“Keşlə” – “Karpatı” (Ukrayna) – 1:2
“Keşlə” – “Yenisey” (Rusiya) – 1:1
“Kəpəz”
“Kəpəz” - “Viitorul” (Rumıniya) - 1:1
“Kəpəz” - “Tecon Sitizen” (Cənubi Koreya) - 1:0
“Kəpəz” - “Yaqeloniya” (Polşa) - 1:8
“Kəpəz” – “Spartak” (Serbiya) - 2:0
Səbuhi TOFİQOĞLU
www.oxu.az