Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Mikayıl Cabbarov “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - YENİLƏNİB + FOTO
“Acwa Power” şirkətinin İdarə Heyətinin sədri ilə görüşdə Azərbaycanda həyata keçirilən külək elektrik stansiyası, dəniz suyunun duzsuzlaşdırılması layihələrinin icra vəziyyəti, alternativ enerji mənbələrindən istifadənin səmərəliliyi, yaşıl enerji sahəsində potensial layihələrin reallaşdırılması imkanları barədə müzakirələr aparılıb.
Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının “Acwa Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abdullah Rəşid Abunayyanla görüşüb.
İqtisadiyyat naziri Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrinin inkişaf etdiyini, biznes dairələri ilə işgüzar münasibətlərin genişləndiyini vurğulayıb. Bildirilib ki, enerji səmərəliliyinin artırılması, bərpa olunan enerji sahəsinin inkişafı müasir çağırışlar fonunda ölkəmizin əsas prioritetlərindəndir. Bu istiqamətdə “Acwa Power” şirkəti ilə əməkdaşlığa önəm verilir.
Görüşdə Azərbaycanda həyata keçirilən külək elektrik stansiyası və dəniz suyunun duzsuzlaşdırılması layihələrinin icra vəziyyəti, alternativ enerji mənbələrindən istifadənin səmərəliliyi, yaşıl enerji sahəsində potensial layihələrin reallaşdırılması imkanları müzakirə edilib.
18:28
Azərbaycan və Səudiyyə Ərəbistanının aparıcı “ACWA Power” şirkəti arasında "yaşıl enerji" sahəsində potensial layihələrin reallaşdırılması müzakirə edilib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb
"ACWA Power" şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abdullah Abunayyan ilə şirkətlə ölkəmizin əməkdaşlıq istiqamətləri barədə müzakirələr apardıq", - nazir qeyd edib.
M.Cabbarov bildirib ki, görüşdə Azərbaycanda həyata keçirilən külək elektrik stansiyası və dəniz suyunun duzsuzlaşdırılması layihələrinin icra vəziyyəti, alternativ enerji mənbələrindən istifadənin səmərəliliyi, "yaşıl enerji" sahəsində potensial layihələrin reallaşdırılması imkanları müzakirə olunub.
ACWA Power (@ACWAPower) şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abdullah Abunayyan ilə şirkətlə ölkəmizin əməkdaşlıq istiqamətləri barədə müzakirələr apardıq:
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 28, 2023
– Azərbaycanda həyata keçirilən külək #elektrikstansiyası və dəniz suyunun duzsuzlaşdırılması layihələrinin icra… pic.twitter.com/J5XBlWreZ1
"İqtisadiyyat Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycanda balıqçılığa dövlət dəstəyi mexanizmləri tətbiq ediləcək
- Azərbaycanın narşərabla bağlı hazırladığı dövlətlərarası standart MDB-də qəbul edilib
- "Yaşıl artım portalı" karbonsuzlaşma üçün ən uyğun ölkələri müəyyən etməyə yardım olur
- Elnur Əliyev: "Dövlət tərəfindən bu məqsədlə zəruri dəstək təmin edilir və ediləcək"
- Orxan Məmmədov: " KOB-ların yaratdığı əlavə dəyər iki dəfədən çox artıb"