Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Mikayıl Cabbarov Almaniyanın biznes nümayəndələri ilə görüşüb
İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan Almaniya biznes nümayəndələri ilə görüşüb.
Bu barədə Oxu.Az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə beynəlxalq tərəfdaşların Azərbaycanda fəaliyyəti üçün əlverişli investisiya mühiti barədə məlumat verilib. Vurğulanıb ki, həyata keçirilən davamlı iqtisadi islahatların nəticəsində qeyri-neft iqtisadiyyatı və ixracı ildən-ilə artır. Ölkəmizin makroiqtisadi sabitliyi və insan kapitalının inkişafı Azərbaycanın iqtisadi imkanlarını daha da genişləndirir.
Qeyd edilib ki, Alman şirkətləri ilə əməkdaşlığımızın uğurlu təcrübəsi iqtisadiyyatın müxtəlif sahələri üzrə əlaqələrin inkişafına stimul verir. Həmçinin Azərbaycanda bərpaolunan enerjinin inkişafı məqsədilə həyata keçirilən layihələr barədə danışılıb, Avropa İttifaqı ilə ölkəmiz arasında enerji sahəsində tərəfdaşlıq vurğulanıb.
Görüşdə Azərbaycanda qarşılıqlı sərmayələrin təşviqi və potensial birgə layihələr barədə fikir mübadiləsi aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Almaniyanın biznes nümayəndələri ilə görüşüb.
Oxu.Az xəbər verir ki, o bu barədə "X" hesabında paylaşım edib:
"Almaniyanın biznes nümayəndələri ilə görüşmək xoş oldu. Azərbaycanın səmərəli biznes mühiti və xarici investisiyalı müəssisələrin fəaliyyəti üçün mövcud imkanlar, enerji sahəsində planlaşdırılan layihələr, qarşılıqlı sərmayələrin təşviqi və potensial birgə layihələr barədə fikirlərimizi bölüşdük".
Almaniyanın #biznes nümayəndələri ilə görüşmək xoş oldu. Azərbaycanın səmərəli biznes mühiti və xarici investisiyalı müəssisələrin fəaliyyəti üçün mövcud imkanlar, #enerji sahəsində planlaşdırılan layihələr, qarşılıqlı sərmayələrin təşviqi və potensial birgə layihələr barədə… pic.twitter.com/O7f4vg3xWw
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 4, 2025
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Mikayıl Cabbarov "Dominari" şirkətinin nümayəndələri ilə görüşüb
- İqtisadiyyat naziri AYİB-nin illik toplantısı çərçivəsində sessiyalarda iştirak edib
- Mikayıl Cabbarov AYİB-in Müdirlər Şurasının açılış sessiyasında iştirak edib
- Londonda Azərbaycanın yaşıl sərmayə imkanları və regionun inkişaf perspektivləri müzakirə olunub
- Mikayıl Cabbarov Lionel Rapay ilə müzakirələr aparıb