İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonla görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov özünün "X" hesabında məlumat paylaşıb.
"Ölkəmizdə dayanıqlı İqtisadi inkişaf modelinin dəstəklənməsi istiqamətində beynəlxalq maliyyə qurumları ilə tərəfdaşlıq mühüm önəm daşıyır. Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonla görüşümüzdə fondla əməkdaşlığın inkişafını məmnunluqla vurğuladıq. Qarşılıqlı fəaliyyətin prioritetləri, ölkəmizin mikroiqtisadi göstəriciləri və proqnozlar, iqtisadiyyatın diversifikasiyası və vergi islahatları ilə bağlı müzakirələr apardıq".
Ölkəmizdə dayanıqlı #iqtisadi inkişaf modelinin dəstəklənməsi istiqamətində beynəlxalq maliyyə qurumları ilə tərəfdaşlıq mühüm önəm daşıyır.
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 24, 2025
Beynəlxalq Valyuta Fondunun (#BVF) (@IMFNews) #Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon ilə görüşümüzdə Fondla əməkdaşlığın inkişafını… pic.twitter.com/JgsdOJMa6O