Belarus Prezidenti Aleksandr Lukaşenko Estoniya tərəfindən onun ölkəyə girişini qadağan edən sanksiyalara ironik reaksiya verib.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə prezidentin mətbuat katibi Natalya Eysmont məlumat verib.
"Prezidentin bugünkü "səs-küylü" xəbərə münasibətindən danışa bilərəm. Prezident sözbəsöz bunu dedi: "Heç vaxt, "təəssüf ki", Estoniyada olmamışam... Və sanksiyaların tətbiqindən sonra fikirləşirəm - görəsən, həyatda qala biləcəm?" - deyə Eysmont bildirib.
Qeyd edək ki, Estoniya hökuməti Belarusun 273 vətəndaşının, o cümlədən respublika Prezidenti Aleksandr Lukaşenkonun ölkəyə girişinə həmişəlik qadağa qoyulması barədə qərar qəbul edib.
Estoniya hökuməti Prezident Aleksandr Lukaşenko da daxil olmaqla, 273 Belarus vətəndaşının ölkəyə girişinə həmişəlik qadağa tətbiq etmək qərarına gəlib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ERR dövlət televiziyası Estoniya Xarici İşlər Nazirliyinə istinadən məlumat verib.
Bununla bağlı təşəbbüsü Estoniya xarici işlər naziri Marqus Tsaxkna baxılmaq üçün Nazirlər Kabinetinə təqdim edib.
"Sanksiyaların tətbiqindən sonra təxminən beş il ərzində Belarusda heç bir müsbət dəyişiklik baş verməyib", - deyə Marqus Tsaxkna bildirib.
Sanksiya siyahısına Lukaşenkodan başqa Belarusun yüksəkrütbəli məmurları, hakimləri və təhlükəsizlik orqanlarının əməkdaşları da daxil edilib.
Xatırladaq ki, Tallin 2020-ci ildən Minskə qarşı sanksiyalar tətbiq edib.