Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq müzakirə edilib
İqtisadiyyat naziri Mikayıl Cabbarovun Xorvatiyaya səfəri çərçivəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə bu ölkənin bir sıra rəsmiləri və şirkət rəhbəri ilə görüşlər keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Xorvatiyanın iqtisadiyyat naziri, Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə Birgə Komissiyanın həmsədri Ante Şuşnyar ilə işgüzar nahar formatında görüşdə ölkələrimiz arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi, özəl sektor, sərmayələrin təşviqi, enerji, turizm, əczaçılıq, tranzit daşımaları sahələri üzrə birgə fəaliyyətin perspektivləri barədə müzakirə aparılıb.
Xorvatiyanın ətraf mühitin mühafizəsi və yaşıl keçid naziri Mariya Vuçkoviç ilə görüşdə ölkələrimizin mühüm tərəfdaşlıq istiqaməti olan energetika sahəsində birgə fəaliyyətin şaxələndirilməsi barədə fikir mübadiləsi aparılıb. Yaşıl enerjiyə keçidi və səmərəli iqlim fəaliyyətini dəstəkləyən təşəbbüslər üzrə əməkdaşlıq imkanları dəyərləndirilib.
Xorvatiyanın "Prvo Plinarsko Druştvo" (PPD) şirkətinin rəhbəri Pavao Vuynovak ilə görüş zamanı şirkətin Azərbaycanla əməkdaşlıq potensialı, enerji və qida sənayesi sahələrində fəaliyyətin əlaqələndirilməsi imkanları haqqında fikir mübadiləsi aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Xorvatiyanın iqtisadiyyat naziri Ante Şuşnyar ilə işgüzar nahar formatında görüşüb.
Oxu.Az xəbər verir ki, Mikayıl Cabbarov bu barədə özünün "X" sosial şəbəkə hesabında bildirib:
"Xorvatiyaya səfərimiz çərçivəsində bu ölkənin iqtisadiyyat naziri, Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə Birgə Komissiyanın həmsədri Ante Şuşnyar ilə işgüzar nahar formatında görüş keçirdik.
Ölkələrimiz arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi, biznes əməkdaşlığının dəstəklənməsi, sərmayələrin təşviqi, enerji, turizm, əczaçılıq, tranzit daşımaları sahəsində birgə fəaliyyətin perspektivləri barədə müzakirələr apardıq".
🇦🇿🇭🇷 Xorvatiyaya səfərimiz çərçivəsində bu ölkənin iqtisadiyyat naziri, #Azərbaycan və #Xorvatiya arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın həmsədri Ante Şuşnyar (@susnjar_a) ilə işgüzar nahar formatında görüş keçirdik. Ölkələrimiz arasında… pic.twitter.com/AoMHUQlg2y
— Mikayil Jabbarov (@MikayilJabbarov) February 28, 2025
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Andrey Plenkoviç Mikayıl Cabbarovu qəbul edib
- Mikayıl Cabbarov Xorvatiya-Azərbaycan İqtisadiyyat və İnvestisiya Forumunda iştirak edib
- Mikayıl Cabbarov Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
- Oman şirkəti ilə potensial əməkdaşlıq imkanları müzakirə olunub
- Nazirlərin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ