Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Mikayıl Cabbarov "Boston Consulting Group"un idarəedici direktoru ilə görüşüb
İqtisadiyyat naziri Mikayıl Cabbarov "Boston Consulting Group"un (BCG) idarəedici direktoru və baş tərəfdaşı, BCG Henderson İnstitutunun sədri Martin Rivz ilə görüşüb.
Oxu.Az xəbər verir ki, görüşdə ölkəmizdə rəqəmsal transformasiyanı, innovativ düşüncə tərzini təşviq edən, dövlət və özəl sektoru bir araya gətirən təşəbbüslərin dəstəklənməsi və ekosistemin qurulması istiqamətində reallaşdırılan tədbirlər barədə məlumat verilib.
Tərəflər innovasiya və rəqəmsal həllərə dair strategiyaların iqtisadi proseslərə təsiri, qlobal ticarətin şaxələnməsi şəraitində ölkəmizin malik olduğu potensialın dəyərləndirilməsi və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Mikayıl Cabbarov Con Ardillə görüşüb
- Nazir: "Sənaye zonalarına 748 milyon manata yaxın investisiya yatırılıb"
- BP şirkəti ilə əməkdaşlığın perspektivləri müzakirə edilib
- SOCAR və "Union Energy" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
- Azərbaycan və İsrail investisiya əməkdaşlığının prioritetlərini müzakirə ediblər