Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Mikayıl Cabbarov BVF missiya rəhbəri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, görüş zamanı beynəlxalq təşkilatın nümayəndə heyətinə ölkəmizdə iqtisadi artım, inflyasiya, idxal və ixrac göstəriciləri, maliyyə sektorunda çağırışlar haqqında məlumat verilib.
BVF-nin Azərbaycan üzrə missiyasının fəaliyyəti üzrə nəticələrin təqdimatı olub. Tərəflər iqtisadi şaxələndirmədə özəl sektorun rolunun artırılması və dayanıqlı maliyyə imkanlarının təmin edilməsi, vergi islahatları, dövlət-özəl tərəfdaşlığının, şəffaflığın və iqlim fəaliyyətinin gücləndirilməsi, həmçinin dövlətə məxsus müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi barədə müzakirələr aparıblar.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Oxu.Az xəbər verir ki, o bu barədə özünün "X" hesabında paylaşım edib.
"Görüşümüzdə BVF-nin missiyasının əsas nəticələri təqdim edilib. Ölkəmizdə iqtisadi artım, inflyasiya, idxal və ixrac göstəriciləri, maliyyə sektorunda çağırışlar diqqətə çatdırılıb.
İqtisadi diversifikasiyada özəl sektorun rolunun artırılması, vergi islahatları, dayanıqlı maliyyə imkanlarının təmin edilməsi, dövlət-özəl tərəfdaşlığının, şəffaflığın, iqlim fəaliyyətinin gücləndirilməsi və dövlətə məxsus müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi barədə müzakirələr aparılıb", - nazir bildirib.
Beynəlxalq Valyuta Fondunun (BVF) (@IMFNews) #Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşümüzdə BVF-nin missiyasının əsas nəticələri təqdim edildi.
— Mikayil Jabbarov (@MikayilJabbarov) February 4, 2025
Ölkəmizdə #iqtisadi artım, inflyasiya, idxal və ixrac göstəriciləri, maliyyə sektorunda… pic.twitter.com/UVoNF6I84d
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- KOBİA-nın Müşahidə Şurasının iclasında 2025-ci ilə dair planlar müzakirə olunub
- Mikayıl Cabbarovdan güzəştli kredit alan sahibkarlıq subyektləri ilə bağlı paylaşım
- Mikayıl Cabbarov Oleq Korobçenko ilə görüşüb
- Mikayıl Cabbarov Məhəmməd Həsən Əl Suveydi ilə görüşüb
- Mikayıl Cabbarov Gənclər Günü münasibətilə paylaşım edib