İqtisadiyyat naziri Mikayıl Cabbarov Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının 20-ci Nazirlər Konfransından yazıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə nazir özünün sosial media hesabında paylaşım edib.
“Asiya İnkişaf Bankının (Asian Development Bank) CAREC Proqramının “Rəqəmsal dövrdə əlaqə, əməkdaşlıq və dayanıqlıq” mövzusunda təşkil edilən 20-ci Nazirlər Konfransında aparılan müzakirələr və qəbul edilən sənədlər CAREC regionunda iqtisadiyyatın bərpası və inkişafı baxımından əhəmiyyətli olacaq”, - deyə o qeyd edib.