Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Mikayıl Cabbarov Cefri Pyatt ilə fikir mübadiləsi aparıb
İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində ABŞ dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt ilə görüşüb.
Oxu.Az xəbər verir ki, Mikayıl Cabbarov bu barədə özünün "X" hesabında bildirib.
"Yaşıl enerji keçidində qlobal təchizatı sabitləşdirmək üçün beynəlxalq əməkdaşlığın təşviqi, ölkəmizin bərpaolunan enerji mənbələrindən istifadənin artırılması təşəbbüsləri və dayanıqlı biznes modellərinə investisiya axınının perspektivləri barədə fikir mübadiləsi apardıq", - deyə iqtisadiyyat naziri paylaşımında qeyd edib.
#COP29 (@COP29_AZ) çərçivəsində ABŞ dövlət katibinin #enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt (@AsstSecENR) ilə #yaşılenerji keçidində qlobal təchizatı sabitləşdirmək üçün beynəlxalq əməkdaşlığın təşviqi, ölkəmizin #bərpaolunanenerji mənbələrindən istifadənin artırılması… pic.twitter.com/ZOgrpKQhBR
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 15, 2024
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Azərbaycanla İspaniya arasında Strateji iqtisadi əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
- Mikayıl Cabbarov İspaniyanın ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
- Mikayıl Cabbarov Yel çərşənbəsi ilə bağlı paylaşım edib
- Mikayıl Cabbarov 8 Mart münasibətilə paylaşım edib
- Mikayıl Cabbarov serbiyalı həmkarı ilə videokonfrans formatında görüş keçirib