Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində görüşlər keçirib - YENİLƏNİB + FOTO
İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində Hindistanın "ReNew" şirkətinin sədri və baş icraçı direktoru Sumant Sinha ilə görüşüb.
Bu barədə Mikayıl Cabbarov öz “X” hesabındakı paylaşımında qeyd edib.
“Yaşıl enerjiyə keçidin təmin edilməsi üçün ölkəmizdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadəni intensivləşdirmək məqsədilə bu sahədə ixtisaslaşmış şirkətlərlə fəal əməkdaşlıq qurulur. Davos İqtisadi Forumu çərçivəsində Hindistanın "ReNew" şirkətinin sədri və baş icraçı direktoru Sumant Sinha ilə görüşdə ekoloji mühiti dəstəkləyən biznes həllərini, şirkətin təklif etdiyi dekarbonizasiya mexanizmləri ilə ölkəmizin sıfır emissiyaya doğru hədəflərini reallaşdırmaq imkanlarını nəzərdən keçirdik”. - iqtisadiyyat naziri bildirib.
#Yaşılenerji-yə keçidin təmin edilməsi üçün ölkəmizdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadəni intensivləşdirmək məqsədilə bu sahədə ixtisaslaşmış şirkətlərlə fəal əməkdaşlıq qurulur. Davos İqtisadi Forumu (@wef) çərçivəsində Hindistanın "ReNew" şirkətinin…
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 17, 2024
17:19
İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində Vestas Wind Systems A/S” şirkətinin vitse-prezidenti Morten Dirholm ilə görüşüb.
Bununla bağlı Mikayıl Cabbarov öz “Facebook” hesabındakı paylaşımında qeyd edib.
“Morten Dirholm ilə dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin iqlim dəyişiklikləri şəraitində əhəmiyyətinin artdığını vurğuladıq, ölkəmizdə həyata keçirilən alternativ enerji layihələri, yaşıl texnologiyaların tətbiqi və külək enerjisindən istifadə istiqamətində şirkətlə əməkdaşlıq imkanlarını müzakirə etdik”, - iqtisadiyyat naziri bildirib.
16:41
İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində “TikTok” şirkətinin vitse-prezidenti Helena Lerş ilə görüşüb.
Bu barədə Mikayıl Cabbarov öz “X” hesabındakı paylaşımında qeyd edib.
Görüşdə Azərbaycanda startap ekosisteminin inkişafı istiqamətində görülən işlər, “TikTok Startap Akademiyası”nın fəaliyyəti, sosial platformaların biznesin potensialının təqdim edilməsi üçün əhəmiyyəti və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Davos İqtisadi Forumu (@wef) çərçivəsində "#TikTok" şirkətinin vitse-prezidenti Helena Lerş ilə görüşdə Azərbaycanda #startap ekosisteminin inkişafı istiqamətində görülən işlər, "TikTok Startap Akademiyası"nın fəaliyyəti, sosial platformaların biznesin potensialının təqdim… pic.twitter.com/tcKY2oJvIc
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 17, 2024
15:03
İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birinci vitse-prezidenti Yurgen Riqterink ilə görüşüb.
Bu barədə Mikayıl Cabbarov öz “X” hesabındakı paylaşımında qeyd edib.
Görüşdə AYİB - Azərbaycan əməkdaşlığının bərpa olunan enerji sahəsində genişləndirilməsinin əhəmiyyəti, ölkəmizin beynəlxalq təşəbbüslərdə fəal təmsilçiliyi və COP29 tədbirinin ölkəmizdə keçirilməsinin perspektivləri vurğulanıb. AYİB-in bu istiqamətdə Azərbaycana dəstəyi ifadə olunub.
Davos İqtisadi Forumu (@wef) çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (@ebrd) birinci vitse-prezidenti Yurgen Riqterink (@JRigterink) ilə görüşdə #AYİB – Azərbaycan əməkdaşlığının #bərpaolunanenerji sahəsində genişləndirilməsinin əhəmiyyətini, ölkəmizin beynəlxalq… pic.twitter.com/tl5V5tg1NH
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 17, 2024
14:15
İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri, Azərbaycan-BƏƏ Birgə Hökumətlərarası Komissiyasının həmsədri Abdulla bin Tuq Əl Marri ilə görüşüb.
Bu barədə Mikayıl Cabbarov öz “X” hesabındakı paylaşımında qeyd edib.
Bildirilib ki, görüşdə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu məmnunluqla vurğulanıb və iqtisadi tərəfdaşlığın gündəliyində olan məsələlər nəzərdən keçirilib:
- Azərbaycan-BƏƏ Birgə Hökumətlərarası Komissiyasının 9-cu iclasına hazırlıq;
- Ticarət dövriyyəsinin artımı və biznes əlaqələrinin inkişafı istiqamətində təşəbbüslər;
- COP29 çərçivəsində əməkdaşlıq;
- Dayanıqlı enerji mənbələrindən istifadəyə keçid sahəsində birgə layihələrin perspektivləri.
Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri, #Azərbaycan-#BƏƏ Birgə Hökumətlərarası Komissiyasının həmsədri Abdulla bin Tuq Əl Marri ilə Davos İqtisadi Forumu (@wef) çərçivəsində keçirilən görüşümüzdə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu məmnunluqla… pic.twitter.com/D4QWzahL3o
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 17, 2024
13:01
İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində Finlandiyanın xarici işlər naziri Elina Valtonen ilə görüşüb.
Bununla bağlı Mikayıl Cabbarov öz “Facebook” hesabındakı paylaşımında qeyd edib.
“Finlandiyanın xarici işlər naziri Elina Valtonen ilə ölkələrimiz arasında münasibətlərin prioritet istiqamətləri, regional iqtisadi əməkdaşlığı gücləndirmək üçün yaranmış yeni imkanlar və ikitərəfli əlaqələrin perspektivləri barədə fikirlərimizi bölüşdük”, - iqtisadiyyat naziri bildirib.
12:23
İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində “Carlsberg Group” şirkətinin baş icraçı direktoru Yakob Orup-Andersen ilə görüşüb.
Bununla bağlı Mikayıl Cabbarov öz “Facebook” hesabındakı paylaşımında qeyd edib.
“Davos İqtisadi Forumu çərçivəsində “Carlsberg Group” şirkətinin baş icraçı direktoru Yakob Orup-Andersen ilə şirkətin Azərbaycandakı uğurlu fəaliyyəti və ölkəmizdə aparılan iqtisadi islahatların biznes mühitinə müsbət təsiri barədə danışdıq. Şirkət tərəfindən ölkəmizdə istehsalın lokallaşdırılması sahəsində görülən işləri və yeni əməkdaşlıq imkanlarını dəyərləndirdik”, - iqtisadiyyat naziri bildirib.
09:37
İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) baş katibi Serxio Muxika ilə görüşüb.
Bununla bağlı Mikayıl Cabbarov öz “Facebook” hesabındakı paylaşımında qeyd edib.
“Davos İqtisadi Forumu çərçivəsində Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) baş katibi Serxio Muxika ilə qlobal çağırışlara adekvat həlləri təmin edən standartların tətbiqi, ölkəmizdə yüksək keyfiyyətli ekoloji mühitin dəstəklənməsi üzrə təşəbbüslər,
Azərbaycanda keçiriləcək COP29 tədbiri çərçivəsində əməkdaşlıq və beynəlxalq standartlar ictimaiyyəti üçün etibarlı proqramın hazırlanması üzrə tərəfdaş təşkilatlarla işbirliyi barədə müzakirələr apardıq”, - iqtisadiyyat naziri bildirib.
09:07
“Davos İqtisadi Forumu çərçivəsində “Japan Tobacco International” şirkətinin prezidenti və baş icraçı direktoru Eddi Pirard və beynəlxalq əlaqələr üzrə direktoru Ana Velykoviç ilə görüşdə şirkətin ölkəmizlə ikitərəfli əməkdaşlığı barədə danışdıq”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabındakı paylaşımında qeyd edib.
Bildirilib ki, görüşdə Azərbaycanın COP29 tədbirinə ev sahibliyi çərçivəsində nəzərdə tutulmuş işlər, həmçinin özəl sektorun COP29-un fəaliyyətinə cəlb olunması barədə fikir mübadiləsi aparılıb.
Davos İqtisadi Forumu (@wef) çərçivəsində "Japan Tobacco International" şirkətinin (@JTI_global) prezidenti və baş icraçı direktoru Eddi Pirard və beynəlxalq əlaqələr üzrə direktoru Ana Velykoviç ilə görüşdə şirkətin ölkəmizlə ikitərəfli əməkdaşlığı barədə danışdıq. Azərbaycanın… pic.twitter.com/MBRil7B33H
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 17, 2024
"COP29" teqi üzrə xəbərlər
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT
- COP29 ərəfəsində Azərbaycana qarşı təbliğat aparacaq veb-səhifələr yaradılıb - HESABAT
- İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təşəkkür məktubu göndərib
- Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib