Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun Regional Fəaliyyət Qrupunun iclasında iştirak edib - FOTO
Mayın 18-də Dünya İqtisadi Forumunun Regional Fəaliyyət Qrupunun ikinci iclası keçirilib.
İqtisadiyyat Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, videokonfrans formatında keçirilən iclasda Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Forumun prezidenti Borge Brende, həmçinin 30-dan çox ölkədən yüksək səviyyəli şəxslər iştirak edib.
Regional Fəaliyyət Qrupunun məqsədi Dördüncü sənaye inqilabı, eləcə də dəyişən siyasi və iqtisadi mühitdə Avrasiya regionunun inkişafının istiqamətləndirilməsinə dəstək verilməsidir.
İclasda karantin rejimindən çıxış strategiyaları üzrə koordinasiyanın vacibliyi, postpandemiya dövrünə hazırlıq, təchizat zəncirinin dayanıqlığının artırılması, “yaşıl iqtisadiyyat”ın dəstəklənməsi və s. məsələlər ətrafında müzakirələr aparılıb, təkliflər səsləndirilib.
Qeyd edək ki, Dünya İqtisadi Forumunun Regional Fəaliyyət Qrupunun 1-ci iclası aprelin 30-da keçirilib.
"İqtisadiyyat Nazirliyi" teqi üzrə xəbərlər
- İqtisadiyyat Nazirliyinin işçilərinin sayı artırılıb
- Azərbaycanda yeni istiqamət üzrə sahibkarlara güzəştli kreditlər veriləcək
- Azərbaycanda bir dövlət qurumunun elektron xidmətlərindən istifadə müvəqqəti dayandırılacaq
- BP şirkəti ilə əməkdaşlığın perspektivləri müzakirə edilib
- Baş nazir qəzalı binalarla bağlı müşavirə keçirdi