İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə baş direktoru Gert Yan Koopman ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov "X" hesabında məlumat verib:
"Görüş zamanı Aİ - Azərbaycan əməkdaşlığının yaşıl enerji, rəqəmsal iqtisadiyyat və dayanıqlı həllər istiqamətində genişləndirilməsinin əhəmiyyətini vurğuladıq".
Avropa Komissiyasının (@EU_Commission) Qonşuluq və Genişlənmə Danışıqları üzrə baş direktoru cənab Gert Yan Koopman (@GertJanEU) ilə görüşmək xoş oldu. Aİ - #Azərbaycan əməkdaşlığının #yaşılenerji, rəqəmsal #iqtisadiyyat və dayanıqlı həllər istiqamətində genişləndirilməsinin… pic.twitter.com/GGy4LalJST
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 12, 2025