"İsrailin regional əməkdaşlıq naziri cənab David Amsalem ilə görüşdə ikitərəfli iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi imkanlarını dəyərləndirdik".
Oxu.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında paylaşım edib.
"Xarici sərmayədarlar üçün Azərbaycanda yaradılmış əlverişli investisiya mühiti və özəl sektorun nümayəndələri arasında əməkdaşlığın inkişafı barədə fikirlərimizi bölüşdük" , - deyə nazir paylaşımda bildirib.
#İsrail-in regional əməkdaşlıq naziri cənab David Amsalem (@dudiamsalem) ilə görüşdə ikitərəfli #iqtisadi-#ticarət əlaqələrinin gücləndirilməsi imkanlarını dəyərləndirdik. Xarici sərmayədarlar üçün Azərbaycanda yaradılmış əlverişli #investisiya mühiti və #özəlsektor-un… pic.twitter.com/HJx1l6KitB
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 15, 2024