Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Küveyt Dövlətinə işgüzar səfəri çərçivəsində bu ölkənin Ticarət və Sənaye Palatasının baş direktoru Rabah Abdulrahman Al-Rabah ilə görüşüb.
Oxu.Az xəbər verir ki, nazir bu barədə "X" hesabında paylaşım edib:
"Görüşdə ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılması, biznes dairələri arasında dialoqun təşviqi barədə müzakirələr apardıq. İqtisadi əlaqələrin gündəliyinin genişləndirilməsinin, enerji, sənaye zonaları və birgə istehsal üzrə əməkdaşlığın əhəmiyyətini qeyd etdik".
#Küveyt Dövlətinə işgüzar səfərimiz çərçivəsində Küveyt Ticarət və Sənaye Palatasının (@chamber_kuwait) baş direktoru Rabah Abdulrahman Al-Rabah ilə #ticarət dövriyyəsinin və qarşılıqlı #investisiya-ların artırılması, #biznes dairələri arasında dialoqun təşviqi barədə müzakirələr… pic.twitter.com/4UAx5sr8D6
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 9, 2025