İqtisadiyyat naziri Mikayıl Cabbarov bu ölkənin neft naziri, Küveyt Neft Korporasiyasının Direktorlar Şurasının sədri Tareq Süleyman Al-Rumi ilə görüşüb.
Oxu.Az xəbər verir ki, nazir bu barədə "X" hesabında paylaşım edib:
"Küveyt Dövlətinə işgüzar səfərimiz çərçivəsində bu ölkənin neft naziri, Küveyt Neft Korporasiyasının Direktorlar Şurasının sədri Tareq Süleyman Al-Rumi ilə keçirdiyimiz görüşdə ikitərəfli iqtisadi əlaqələrin gücləndiyini məmnunluqla vurğuladıq. Neft emalı layihələrinin həyata keçirilməsi, neft-qaz məhsullarının ticarəti, həmçinin ənənəvi və bərpaolunan enerji istiqamətində əməkdaşlıq imkanlarını və perspektivlərini dəyərləndirdik.
Azərbaycanın regional və qlobal enerji layihələrində uğurlu təmsilçiliyi, dayanıqlı iqtisadiyyata keçiddə resursların səmərəli idarə edilməsi barədə fikirlərimizi bölüşdük", deyə - M.Cabbarov qeyd edib.
#Küveyt Dövlətinə işgüzar səfərimiz çərçivəsində bu ölkənin neft naziri (@moo_kw), Küveyt Neft Korporasiyasının Direktorlar Şurasının sədri Tareq Süleyman Al-Rumi ilə keçirdiyimiz görüşdə ikitərəfli #iqtisadi əlaqələrin gücləndiyini məmnunluqla vurğuladıq.
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 9, 2025
Neft emalı… pic.twitter.com/MpTR8h2vfj