Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Mikayıl Cabbarov OPEC Beynəlxalq İnkişaf Fondunun Forumunda bir sıra görüşlər keçirib
İqtisadiyyat naziri Mikayıl Cabbarov Vyanada OPEC Beynəlxalq İnkişaf Fondunun Forumu çərçivəsində Avstriyanın iqtisadiyyat, enerji və turizm üzrə federal naziri Volfqanq Hatmansdorfer ilə görüşüb.
Bu barədə Oxu.Az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə ölkələrimiz arasında dostluq əlaqələrinin ikitərəfli iqtisadi münasibətlərin inkişafı baxımından önəmli olduğu vurğulanıb. Azərbaycanda əlverişli işgüzar mühit, investorlar üçün yaradılmış imkanlar haqqında məlumat verilib. Avstriya şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyət göstərdikləri qeyd olunub. Ticarət və investisiya əlaqələrinin inkişafında özəl sektorun mühüm rola malik olduğu bildirilib.
Tərəflər iqtisadi-ticarət, enerji, sənaye, texnologiyalar və digər sahələrdə işbirliyinə dair müzakirələr aparıblar.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Vyanada keçirilən OPEC Beynəlxalq İnkişaf Fondunun Forumunda iştirak çərçivəsində panel sessiyada çıxış edib, bir sıra görüşlər keçirib.
Bu barədə Oxu.Az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Forum çərçivəsində təşkil edilən "Resursların dayanıqlılığının təşviqi" adlı panel sessiyada çıxış edib. Tədbirdə enerji, su və qida sistemlərinin qarşılıqlı əlaqələrindən düzgün istifadə olunmasının əhəmiyyəti qeyd olunub. Bildirilib ki, dayanıqlı inkişaf öhdəliklərinə əməl olunması, karbonsuzlaşma, iqlim fəaliyyətini sürətləndirən tərəfdaşlıqların gücləndirilməsi, innovativ həllərin tətbiqi kimi faktorlar bu kontekstdə önəm kəsb edir. Bu sahədə Azərbaycanın təşəbbüsləri və həyata keçirdiyi tədbirlər haqqında məlumat verilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin Sənaye İnkişafı Təşkilatının baş direktoru Gerd Müllerlə görüşüb. Görüşdə sənaye sektorunun inkişafı, dayanıqlı iqtisadiyyatın təşviqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsində təşkilatla tərəfdaşlığın əhəmiyyəti vurğulanıb. Ölkəmizin iqtisadi prioritetləri barədə məlumat verilib, gündəlikdə olan məsələlər nəzərdən keçirilib.
Ərəb Koordinasiya Qrupuna daxil olan Səudiyyə İnkişaf Fondunun baş icraçı direktoru Sultan Əbdülrəhman Əl-Marşadla görüşdə Səudiyyə Ərəbistanı Krallığı ilə iqtisadi əməkdaşlığın bir çox sahələr, o cümlədən bərpa olunan enerji üzrə inkişafından məmnunluq ifadə olunub. Səudiyyə İnkişaf Fondunun ölkəmizdə həyata keçirdiyi infrastruktur layihələrinin önəmi qeyd olunub. Tərəflər sənaye, yaşıl enerji, rəqəmsal infrastruktur, nəqliyyat, logistika və digər istiqamətlərdə investisiya tərəfdaşlığı perspektivlərini dəyərləndiriblər.
Küveyt Ərəb İqtisadi İnkişaf Fondunun baş direktoru vəzifəsini icra edən Valid Əl-Baharla görüşdə Küveytlə iqtisadi, ticarət və sərmayə sahələrində əlaqələrin inkişafı diqqətə çatdırılıb. Fondla işbirliyinin genişləndirilməsi, maliyyə mexanizmlərindən istifadə imkanları barədə fikir mübadiləsi aparılıb. Azərbaycanda prioritet layihələr üzrə investisiya əməkdaşlığı potensialı nəzərdən keçirilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə İnkişaf Fondunun baş icraçı direktoru Sultan Əbdülrəhman Əl-Marşadla görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə nazir özünün "X" hesabında paylaşım edib.
"OPEC Beynəlxalq İnkişaf Fondunun Forumunda iştirak çərçivəsində Ərəb Koordinasiya Qrupuna daxil olan Səudiyyə İnkişaf Fondunun baş icraçı direktoru Sultan Əbdülrəhman Əl-Marşadla görüşümüzdə qurumun ölkəmizdə həyata keçirdiyi infrastruktur layihələrinin önəmini qeyd etdik. Sənaye, yaşılenerji, rəqəmsal infrastruktur, nəqliyyat, logistika və digər sahələrdə investisiya tərəfdaşlığı perspektivlərini dəyərləndirdik", - deyə paylaşımda bildirilib.
#OPEC Beynəlxalq İnkişaf Fondunun (@TheOPECFund) Forumunda iştirak çərçivəsində Ərəb Koordinasiya Qrupuna (@arabcoordgroup) daxil olan Səudiyyə İnkişaf Fondunun (@SaudiFund_Dev) baş icraçı direktoru Sultan Əbdülrəhman Əl-Marşadla görüşümüzdə qurumun ölkəmizdə həyata keçirdiyi… pic.twitter.com/BzU8djrTEt
— Mikayil Jabbarov (@MikayilJabbarov) June 17, 2025
İqtisadiyyat naziri Mikayıl Cabbarov OPEC Beynəlxalq İnkişaf Fondunun Forumu çərçivəsində təşkil edilən "Resursların dayanıqlılığının təşviqi" adlı panel sessiyada çıxış edib.
Oxu.Az xəbər verir ki, bu barədə nazir özünün "X" hesabında paylaşım edib.
"Enerji, su və qida sistemlərinin qarşılıqlı əlaqələrindən düzgün istifadənin əhəmiyyətini vurğuladıq. Dayanıqlı inkişaf öhdəliklərinə əməl olunması, karbonsuzlaşma, iqlim fəaliyyətini sürətləndirən tərəfdaşlıqların gücləndirilməsi, innovativ həllərin tətbiqi kimi faktorlar bu kontekstdə önəm kəsb edir", - deyə nazir paylaşımında qeyd edib.
#OPEC Beynəlxalq İnkişaf Fondunun (@TheOPECFund) Forumu çərçivəsində təşkil edilən "Resursların dayanıqlılığının təşviqi" adlı panel sessiyada çıxış etdik. #Enerji, su və qida sistemlərinin qarşılıqlı əlaqələrindən düzgün istifadənin əhəmiyyətini vurğuladıq. Dayanıqlı inkişaf… pic.twitter.com/GlFwrGGZgc
— Mikayil Jabbarov (@MikayilJabbarov) June 17, 2025
İqtisadiyyat naziri Mikayıl Cabbarov OPEC Beynəlxalq İnkişaf Fondunun Forumunda iştirak etmək üçün Avstriyanın paytaxtı Vyanaya səfər edib. Səfər çərçivəsində bir sıra görüşlər keçirilib.
Bu barədə Oxu.Az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Ərəb Koordinasiya Qrupuna daxil olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi İnkişaf Fondunun baş direktoru Məhəmməd Saif Əl Suveydi ilə görüşüb. Görüşdə Azərbaycan və BƏƏ arasında iqtisadi-ticarət əlaqələrinin genişləndiyi vurğulanıb. BƏƏ-nin Azərbaycanın bərpaolunan enerji sahəsinə sərmayə qoyuluşu, həmçinin Fondun ölkəmizdə infrastruktur layihələrinə göstərdiyi dəstək qeyd olunub. Ölkəmizin iqtisadi potensialı və əlverişli işgüzar mühiti barədə məlumat verilib. Tərəflər enerji, infrastruktur, innovasiya və digər istiqamətlərdə əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər. Fondun ölkəmizdə prioritet sahələrə sərmayə qoyuluşu imkanları müzakirə olunub.
İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir ilə görüşdə Qrupa daxil olan qurumlarla uğurlu əməkdaşlıq həyata keçirildiyi bildirilib. Davamlı artım və infrastruktur quruculuğu baxımından Bankla səmərəli tərəfdaşlıq qeyd olunub. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar və prioritetlər haqqında məlumat verilib. Birgə fəaliyyətin genişləndirilməsi, ölkəmizin özəl sektorunda inkişaf, 2026-cı ildə İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısının Azərbaycanda keçirilməsi və gündəlikdə olan digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti Əbdülhəmid Əlxəlifə ilə görüşdə qarşılıqlı əlaqələrin ölkəmizin enerji sektorunun şaxələndirilməsinə töhfə verdiyi qeyd edilib. Bərpa olunan enerji, infrastruktur və texniki yardım sahələrində işbirliyi imkanları dəyərləndirilib.
Görüş çərçivəsində İqtisadiyyat Nazirliyi və OPEC Beynəlxalq İnkişaf Fondu arasında əməkdaşlıq istiqamətlərinə dair Ölkə üzrə Tərəfdaşlıq Çərçivə Sənədi imzalanıb. 2025-2030-cu illəri əhatə edən sənəd sənaye, bərpa olunan enerji, nəqliyyat, infrastruktur və digər istiqamətlərdə dövlət və özəl sektor layihələrinin dəstəklənməsini nəzərdə tutur. Sənəd çərçivəsində həyata keçiriləcək təşəbbüslər iqlim maliyyələşməsi, inklüziv artım, eləcə də kiçik və orta sahibkarlığın inkişafı baxımından önəm kəsb edir.
Mikayıl Cabbarov, həmçinin OPEC Beynəlxalq İnkişaf Fondunun Forumunda iştirak çərçivəsində BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) baş direktoru Gerd Müller ilə də görüşüb.
Görüşdə Azərbaycanda dayanıqlı iqtisadiyyatın təşviqində təşkilatla tərəfdaşlığın əhəmiyyəti vurğulanıb, ölkəmizin iqtisadi prioritetləri barədə məlumat verilib, gündəlikdə olan əməkdaşlıq məsələləri müzakirə olunub.
OPEC Beynəlxalq İnkişaf Fondunun (@TheOPECFund) Forumunda iştirak çərçivəsində #BMT-nin Sənaye İnkişafı Təşkilatının (@UNIDO) baş direktoru Gerd Müller (@DGgerdmueller) ilə görüşdük. #Azərbaycan-da dayanıqlı #iqtisadiyyat-ın təşviqində Təşkilatla tərəfdaşlığın əhəmiyyətini… pic.twitter.com/TOIQ6t04OS
— Mikayil Jabbarov (@MikayilJabbarov) June 17, 2025
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti Əbdülhəmid Əlxəlifə ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib:
"OPEC Beynəlxalq İnkişaf Fondunun Forumu çərçivəsində fondun prezidenti Əbdülhəmid Əlxəlifə ilə görüşdə qarşılıqlı əlaqələrin ölkəmizin enerji sektorunun şaxələndirilməsinə töhfə verdiyini qeyd etdik. Bərpaolunan enerji, infrastruktur və texniki yardım sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik. Görüş çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və OPEC Beynəlxalq İnkişaf Fondu arasında əməkdaşlıq istiqamətlərinə dair Ölkə üzrə Tərəfdaşlıq Çərçivə Sənədi imzalandı. 2025-2030-cu illəri əhatə edən sənəd sənaye, bərpaolunan enerji, nəqliyyat, infrastruktur və digər sahələrdə dövlət və özəl sektor layihələrinin dəstəklənməsini nəzərdə tutur. Bu istiqamətdə həyata keçiriləcək təşəbbüslər iqlim maliyyələşməsi, inklüziv artım, kiçik və orta sahibkarlığın inkişafına töhfə verəcək".
#OPEC Beynəlxalq İnkişaf Fondunun (@TheOPECFund) Forumu çərçivəsində Fondun prezidenti Əbdülhəmid Əlxəlifə ilə görüşdə qarşılıqlı əlaqələrin ölkəmizin #enerji sektorunun şaxələndirilməsinə töhfə verdiyini qeyd etdik. #Bərpaolunanenerji, infrastruktur və texniki yardım sahələrində… pic.twitter.com/C7VXmJejdK
— Mikayil Jabbarov (@MikayilJabbarov) June 17, 2025
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Mikayıl Cabbarov dayanıqlı inkişaf perspektivləri ilə bağlı panel müzakirədə iştirak edib
- Nazir: "Azərbaycanın kredit reytinqinin yüksəlməsi qeyri-neft-qaz sektorunun inkişafına əsaslanır"
- Azərbaycan və Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
- Mikayıl Cabbarov Pakistan baş nazirinin müavini ilə görüşüb
- Mikayıl Cabbarov: "ECO biznes forumu 200-dən çox iştirakçı toplayıb"