2021-ci ildə Azərbaycanda ÜDM 5,6 %, qeyri-neft sektoru 7,2 % artıb.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda keçirilən vergi forumunda deyib.
Onun sözlərinə görə, nominal ÜDM 93 milyard manat təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 11 milyard artım deməkdir.
“Həmçinin, 2021-ci ildə strateji valyuta artımı 53 milyard dollar təşkil edib”, - nazir bildirib.