Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratovla görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib:
"Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratovla Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 14-cü iclasına həmsədrlik etdik. Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi, sənayenin müxtəlif istiqamətləri, energetika, kənd təsərrüfatı, logistika sahələrində tərəfdaşlığın və qarşılıqlı investisiyaların təşviqi üzrə görülən işləri dəyərləndirdik".
Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratovla #Azərbaycan Respublikası ilə #Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 14-cü iclasına həmsədrlik etdik. Ölkələrimiz arasında #iqtisadi-#ticarət… pic.twitter.com/iHfmMV6RhG
— Mikayil Jabbarov (@MikayilJabbarov) June 20, 2025