İqtisadiyyat naziri Mikayıl Cabbarov Fransanın "IB2" şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Romen Jirbal ilə görüşüb.
Bu barədə Oxu.Az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycanın iqtisadi prioritetləri, əlverişli biznes mühiti, investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Əməkdaşlıq müzakirəsində təbii resurslardan səmərəli istifadə, xammalın diversifikasiyası və istehsalda müasir texnologiyaların tətbiqinin dayanıqlı iqtisadiyyatda strateji əhəmiyyəti vurğulanıb. Alüminium sənayesi üzrə əməkdaşlıq və təcrübə mübadiləsi imkanları nəzərdən keçirilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Fransanın "IB2" şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Romen Jirbal ilə görüşüb.
Oxu.Az xəbər verir ki, Mikayıl Cabbarov bu barədə "X" hesabında yazıb:
"Təbii resurslardan səmərəli istifadə, xammalın diversifikasiyası və istehsalda dayanıqlı texnologiyaların tətbiqinin iqtisadiyyatda strateji əhəmiyyətini vurğuladıq, alüminium sənayesi üzrə əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarını nəzərdən keçirdik".
#Fransa-nın "IB2" şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Romen Jirbal ilə görüşdük. Təbii resurslardan səmərəli istifadə, xammalın diversifikasiyası və istehsalda dayanıqlı texnologiyaların tətbiqinin #iqtisadiyyat-da strateji əhəmiyyətini vurğuladıq, alüminium sənayesi… pic.twitter.com/J2vzu2NErZ
— Mikayil Jabbarov (@MikayilJabbarov) June 12, 2025