İqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistan İslam Respublikasına səfəri çərçivəsində bu ölkənin Xüsusi İnvestisiyaların Asanlaşdırılması Şurasının milli koordinatoru, general-leytenant Sarfaraz Əhməd ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib.
"Görüşdə neft-qaz sektoruna sərmayələr də daxil olmaqla, qarşılıqlı investisiya axınlarının artırılması, birgə layihələrin təşviqi və biznes dairələri arasında əməkdaşlığın fəal dəstəklənməsi barədə fikir mübadiləsi apardıq" - deyə, nazir bildirib.
#Pakistan İslam Respublikasına səfərimiz çərçivəsində Pakistanın Xüsusi İnvestisiyaların Asanlaşdırılması Şurasının (@sifcpakistan) milli koordinatoru, general-leytenant Sarfaraz Əhməd ilə görüşməkdən məmnun olduq. #Neft-#qaz sektoruna sərmayələr də daxil olmaqla, qarşılıqlı… pic.twitter.com/6MI2MOhUuW
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 25, 2025