“Əgər 2017-ci ildə ölkədəki sənaye zonalarının qeyri-neft sənayesi istehsalında xüsusi çəkisinin 3,2 % idisə, hazırda 14,2 %-dir”.
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (International Business Forum – IBF) deyib.
Onun sözlərinə görə, sənaye zonalarında istehsal olunan məhsulların qeyri-neft ixracında payı isə 18 %-dir.
“Bu ilin doqquz ayında sənaye zonalarından ixrac olunan qeyri-neft məhsullarının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çox - 320 milyon ABŞ dolları təşkil edib”, - o qeyd edib.