Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Mikayıl Cabbarov serbiyalı həmkarı ilə videokonfrans formatında görüş keçirib
İqtisadiyyat naziri Mikayıl Cabbarov Serbiyanın iqtisadiyyat naziri Adriyana Mesaroviç ilə videokonfrans formatında görüşüb.
Bu barədə Oxu.Az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Serbiya münasibətlərinin, siyasi-iqtisadi əlaqələrin inkişaf etdiyi vurğulanıb. Bildirilib ki, ölkələrimiz arasında çoxşaxəli müqavilə-hüquq bazası yaradılıb. Bu, iqtisadi gündəliyimizin genişlənməsinə və potensialımızın reallaşdırılmasına möhkəm zəmin yaradır.
Tərəflər ölkələrimiz arasında birgə fəaliyyətin perspektivləri, ikitərəfli ticarət, investisiya və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi, həmçinin iqtisadi tərəfdaşlığın gücləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.
İqtisadiyyat naziri Mikayıl Cabbarov serbiyalı həmkarı ilə Adriyana Mesaroviç ilə videokonfrans formatında görüş keçirib.
Oxu.Az xəbər verir ki, o, bu barədə özünün "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Serbiyanın iqtisadiyyat naziri Adriyana Mesaroviç ilə videokonfrans formatında keçirdiyimiz görüşdə ölkələrimiz arasında birgə fəaliyyətin perspektivləri, ticarət, investisiya və sənaye sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsi, həmçinin, iqtisadi tərəfdaşlığın gücləndirilməsi imkanları barədə fikirlərimizi bölüşdük", - deyə paylaşımda qeyd olunub.
Serbiyanın iqtisadiyyat naziri xanım Adriyana Mesaroviç ilə videokonfrans formatında keçirdiyimiz görüşdə ölkələrimiz arasında birgə fəaliyyətin perspektivləri, #ticarət, #investisiya və #sənaye sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsi, həmçinin #iqtisadi… pic.twitter.com/JxdvhNXFam
— Mikayil Jabbarov (@MikayilJabbarov) March 4, 2025
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq müzakirə edilib
- Andrey Plenkoviç Mikayıl Cabbarovu qəbul edib
- Mikayıl Cabbarov Xorvatiya-Azərbaycan İqtisadiyyat və İnvestisiya Forumunda iştirak edib
- Mikayıl Cabbarov Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
- Oman şirkəti ilə potensial əməkdaşlıq imkanları müzakirə olunub