"Səudiyyə Ərəbistanından olan nümayəndə heyətini ölkəmizdə qarşılamaqdan məmnun olduq".
Oxu.Az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" hesabında paylaşım edib:
"İkitərəfli investisiyaların ticarət əlaqələrinin təşviqi, birgə müəssisələrin yaradılması, Səudiyyə Ərəbistanından olan investorların Azərbaycanın sənaye parklarında rezident qismində iştirakı imkanları barədə müzakirələr apardıq.
Birgə fəaliyyətin gücləndirilməsinin ölkələrimizdə iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əhəmiyyətini vurğuladıq".
Səudiyyə Ərəbistanından olan nümayəndə heyətini ölkəmizdə qarşılamaqdan məmnun olduq.
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 1, 2024
İkitərəfli #investisiya-ların və #ticarət əlaqələrinin təşviqi, birgə müəssisələrin yaradılması, #SəudiyyəƏrəbistanı-ndan olan investorların #Azərbaycan-ın sənaye parklarında rezident qismində… pic.twitter.com/fx73UfA94v