İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Monteneqronun turizm naziri Simonida Kordiç ilə görüş keçirib.
Oxu.Az xəbər verir ki, nazir bu barədə öz "X" hesabında paylaşım edib:
"Azərbaycanın Monteneqro ilə iqtisadi əlaqələrin inkişafına önəm verdiyini vurğuladıq. İki ölkə arasında iqtisadi əməkdaşlığın, o cümlədən ticarət, investisiya və nəqliyyat sahələrində birgə fəaliyyətin möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi apardıq. Forum bu baxımdan yeni imkanlar yaratmaq üçün əhəmiyyətli platformadır".
Bakıda keçirilən Birinci #Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Monteneqronun turizm naziri xanım Simonida Kordiç ilə faydalı görüş keçirdik. Azərbaycanın #Monteneqro ilə #iqtisadi əlaqələrin inkişafına önəm verdiyini vurğuladıq. İki ölkə arasında iqtisadi… pic.twitter.com/dIbAHlCxXe
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 23, 2025