Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Milli Məclisin xərclər smetası 1 milyon manata qədər artırılır
Milli Məclisin gələn il üçün xərclər smetası dəyişib, 1 milyon manata qədər artırılır.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, "Milli Məclisinin 2025-ci il üçün xərclər smetası haqqında" qərar layihəsinin ilkin variantına əsasən, Milli Məclisin və onun aparatının xərclər smetası 51 851 447 manat olacaqdı.
Həmin vəsaitin 29 396 034 manatı ştatda olan işçilərin əməkhaqqına, 2 235 143 manatı əməyin ödənişi ilə bağlı digər pul ödənişlərinə yönəldiləcəkdi.
Dekabrın 16-da plenar iclasda müzakirəyə çıxarılacaq "Milli Məclisinin 2025-ci il üçün xərclər smetası haqqında" qərar layihəsinə əsasən, Milli Məclisin və onun aparatının xərclər smetası 52 850 118 manat olacaq. Beləliklə, Milli Məclisin və onun aparatının xərclər smetası 998 min 671 manat artırılır.
Həmin vəsaitin 29 500 129 manatı ştatda olan işçilərin əməkhaqqına, 2 245 478 manatı əməyin ödənişi ilə bağlı digər pul ödənişlərinə yönəldiləcək.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Naxçıvan MR büdcəsinə nəzərdə tutulan dotasiyanın həcmi azaldılıb
- Azərbaycanın gələn il üçün nəzərdə tutduğu xarici yardımların həcmi 2 dəfədən çox artırılır
- Dövlət büdcəsinə səhiyyə üzrə yeni xərc maddəsi əlavə edilir
- Gələn il üçün dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərcləri artırılıb
- Milli Məclisdə yeni TƏYİNAT