Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Kafedə xuliqanlıq edən keçmiş məhkum narkotiklə tutuldu
Şirvanda yerləşən kafelərin birində şəhər sakininə qarşı xuliqanlıq etməkdə təqsirləndirilən şəxs həbs olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş Rüfət Əmirov saxlanılıb. Həmin şəxsin üzərinə və idarə etdiyi nəqliyyat vasitəsinə keçirilən baxış zamanı müxtəlif növ narkotik vasitələr və narkotik tərkibli həblər, eləcə də bir ədəd bıçaq aşkarlanaraq götürülüb.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Bakıda buzlu yolda baş verən qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- Lerikdə saxlanılan narkokuryerdən 10 kiloqram marixuana aşkarlandı
- Keçmiş məhkum yenə narkotikə görə HƏBS EDİLDİ
- Nəsimi rayonunda polis əməliyyatları: 20 kq narkotik dövriyyədən çıxarılıb
- Bakıda 28 avtobusdan oğurluq edilib - Şübhəli şəxslər saxlanıldılar