Moskvanın meri Sergey Sobyanin aprelin 6-da yeni Moskva avtovağzalı “Cənub qapıları”nı açıb, bu vağzal ölkənin cənub regionlarından, eləcə də MDB ölkələrindən reyslərin gəlməsi üçün təyin edilib.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, Sobyanin açılışda bəyan edib ki, son illərdə Moskvaya qeyri-qanuni beynəlxalq reyslərin sayı azalıb.
“Məsələ tutub cəzalandırmaqda deyil, Moskvaya gələnlər üçün komfortlu şərait yaratmaqdadır”, - Sobyanin bəyan edib və əlavə edib ki, vağzalın açılışı belə şərtlərin yaradılması şərtlərindən biridir.
Merin müavini Maksim Liksutov bəyan edib ki, bu istiqamətdə perspektivlərdən biri Azərbaycan ilə reyslərin açılmasıdır.
Liksutov qeyd edib ki, sərnişinlərin rahatlığı üçün avtovağzaldan yaxınlıqdakı metro stansiyasına qədər avtobuslar işləyir.
“Cənub darvazaları” avtovağzalı federal M4“Don” və M5“Ural” trasları arasında MKAD-ın 19-cu km-də yerləşir. Bu yollar şəhərlərarası avtobus daşımaları üçün ən çox istifadə edilir.
Vağzal gün boyu işləyir və gündə 200 reysin gəlməsi üçün nəzərdə tutulub.