Paytaxtın 20 yanvar dairəsi adlanan ərazisində genişləndirilən hissədə işlərin böyük hissəsi görülüb.
Azərbaycanın Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-dən Oxu.Az-a verilən məlumata görə, təhlükəsizlik adaları kiçildilərək yolun hərəkət hissəsi genişləndirilib, mərmər səki daşları quraşdırılıb. Hazırda təhlükəsizlik adası adlanan hissəyə tamet daşı düzülür.
Genişləndirilən əraziyə asfalt-beton örtük də döşənib.
Bundan əlavə, 3-cü mikrorayon dairəsindən 20 yanvar istiqamətinə köməkçi hissədə asfalt-beton örtük yenilənir.
İşlərin qısa bir müddətdə başa çatdırılması gözlənilir.
E.Ə.
www.oxu.az