Xalq artisti Aygün Kazımova yeni geyim tərzindən danışıb.
Oxu.Az xəbər verir ki, xalq artisti “Onlar” verilişinə açıqlamasında bunları deyib:
“Bu, modelyerim Bessonun mənim üçün düşündüyü imicdir. Məndə orta yoxdur. Ya çox uzun, ya çox qısa ətək geyinməliyəm”.
Kazımova türk müğənnilərindən birinin onun “Düşün məni” mahnısını ifa edəcəyini də açıqlayıb:
“Türkiyənin tanınmış musiqiçisi Murad Yetər mənə zəng etdi ki, “Düşün məni” mahnısını türk müğənnisi oxumaq istəyir. Dedim, qurbandı. Kimin oxuyacağı ilə maraqlanmadım. Bilirəm ki, Murad Yetər sıradan biri olan müğənniyə mahnımı verməz. “Yenə tək” mahnımı Ajda Pekkan və Müslüm Gürsəs ifa edib. Müslüm Gürsəsin də ifasını çox bəyənmişdim”.
Aytən Sadıqzadə