Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Müəssisə direktoru: “İstehsal edilən məhsulun 60 faizi ixrac ediləcək, 40 faizi yerli bazarı təmin edəcək”
“Sumqayıt Kimya Sənaye Parkında ötən gün Prezident İlham Əliyev tərəfindən açılan “Novus Plastica” MMC - polimer qatqıların istehsalı müəssisəsində istehsal edilən məhsulun 60 faizi ixrac ediləcək, 40 faizi yerli bazarı təmin edəcək”.
Oxu.Az xəbər verir ki, bu sözləri müəssisənin direktoru Fərid Cəfərov deyib.
Onun sözlərinə görə, illik 6 min ton qara polimer qatqı, 2 min ton sənaye qablaşdırma plomkası istehsal ediləcək:
“Zavod Sənaye Parkının 3,5 hektar ərazisində inşa edilib və burada iki növdə - polietilen borular üçün qara karbon konsentrat qatqısının və sənaye sahəsində qablaşdırmada istifadə edilən polietilen örtüklərin istehsalı həyata keçirilir. İnvestisiya kapitalı 12,1 milyon manatdan çox olan müəssisədə 50-dək insan daimi işlə təmin ediləcək”.
Nəzrin Vahid
"Sumqayıt şəhəri" teqi üzrə xəbərlər
- 1 saylı Sumqayıt "ASAN xidmət" fəaliyyətini qismən məhdudlaşdırıb
- Tanışını girov götürüb qayçı ilə qulağını kəsdi - Sumqayıtda DƏHŞƏT
- Sumqayıtda məktəbin yaxınlığında ağacdan asılmış meyit tapıldı
- Binadan yıxıldığı deyilən gəncin intiharına dair ŞOK İDDİA: "Ortada şantaj xarakterli bir şey var"
- Sumqayıtda bir nəfərin 95 000 manatını ələ keçirən ŞƏXS SAXLANILDI