Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Müvəqqəti işlər vəkili: "Çin və Azərbaycan arasında iqtisadi göstəricilər rekord səviyyəyə çatıb"
"Çin və Azərbaycan arasında iqtisadi göstəricilər rekord səviyyəyə çatıb".
Oxu.Az xəbər verir ki, bu sözləri Bakıda "Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Nümayiş Zonası - Azərbaycanda Logistika və Ticarətin Təşviqi" mövzusunda keçirilən konfransda Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao deyib.
O qeyd edib ki, bu iki ölkə arasında hər zaman sağlam münasibətlər olub:
"Biz bu münasibətdən çox məmnunuq. 32 il öncə bu münasibətlər qurulub. Çinlə Azərbaycan arasında iqtisadi əlaqələr yüksək səviyyədədir. "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində Çinlə Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri 43.5% artaraq 3.1 milyard ABŞ dollarına çatıb. Əlaqələr yüksək xətt ilə inkişaf edir", - deyə D.Tao fikrini tamamlayıb.
Nəzrin Vahid