Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Mahir Emreli "Dinamo"nun təlim-məşq toplanışında iştrak etməyəcək
Azərbaycan millisinin hücumçusu Mahir Emreli "Dinamo"nun təlim-məşq toplanışına qatılmayacaq.
Məlumata görə, bu barədə klubun mətbuat xidməti xəbər verib.
Zaqreb təmsilçisi yeni mövsümə hazırlıq üçün 27 yaşlı hücumçunu Avstriyadakı təlim-məşq toplanışına aparmayacaq.
Emreli ilə yanaşı, Moreno Jivkoviç və Qabriel Rukavinanın da hazırlıq prosesində iştirakı gözlənilmir.
Qeyd edək ki, 2022-ci ildən "Dinamo"da çıxış edən Mahir Emreli komanda ilə iki dəfə Xorvatiya çempionu olub. Onun hazırkı sözləşməsinin müddəti 2026-cı ilin yayında başa çatacaq. Futbolçunun klubu ilə yollarını ayıracağı gözlənilir.
"Mahir Emreli" teqi üzrə xəbərlər
- Mahir Emreli het-trik etdiyi oyundan sonra adını həftənin rəmzi komandasına yazdırıb
- Mahir Emreli: "Nürnberq" karyeram qısa, lakin çox gözəl idi"
- Azərbaycan futbolunun tez parlayıb sönən "ulduz"ları
- Mahir Emreli het-trik etdi, komandası qələbə qazandı
- Mahir Emreli ilə maraqlanan Almaniya klubu bəlli oldu - ÖZƏL
Ən çox oxunanlar