Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Muxtar Babayev: "Qadınlar iqlim dəyişikliyindən əziyyət çəkən həssas təbəqəyə aiddirlər"
"İqlim dəyişikliyinin təsirləri həm də gender bərabərsizliyini artırır".
Oxu.Az xəbər verir ki, bunu "COP29 Gender Bərabərliyi Günü: Şəffaflıqda Gender" mövzusunda keçirilən tədbirdə COP29 Prezidenti Muxtar Babayev deyib.
Onun sözlərinə görə, gender bərabərliyi təkcə fundamental insan hüququ deyil, həm də ədalətli dediyimiz iqlim fəaliyyətinin əsaslarındandır:
"Çünki qadınlar iqlim dəyişikliyindən əziyyət çəkən həssas təbəqəyə aiddir. Ona görə də qadınların rolunu həm də cəmiyyətimizin mühüm dayaq nöqtəsi kimi qəbul etməli, bu istiqamətdə gender bərabərliyinin iqlim gündəliyinin mərkəzində qalmasını təmin etməliyik".
Daha çox foto burada: PhotoStock.az
Mərahim Nəsib
"Muxtar Babayev" teqi üzrə xəbərlər
- COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb
- Azərbaycan-Tacikistan Birgə Hökumətlərarası Komissiyasının 7-ci iclası keçirilib
- Azərbaycan və Rusiya arasında Xəzər dənizinin səviyyəsinin dayazlaşması ilə bağlı görüş keçirilib
- Muxtar Babayev: "COP29 sədrliyi işini davam etdirəcək və COP30-a dəstək verəcək"
- BMT baş katibi Azərbaycana təşəkkür etdi: "COP29-da razılaşma gələcək inkişaf üçün əsas yaradır"