Azərbaycanın Azərfon MMC (Nar Mobile ticarət nişanı) mobil rabitə şirkəti yeni stimullaşdırıcı lotereyaya start verib.
Şirkətdən Oxu.Az-a verilən məlumata görə, lotereya 2013-cü il sentyabrın 23-dən 2014-cü il yanvarın 8-dək davam edəcək.
Viktorinada gündəlik olaraq 100 AZN, həftəlik 500 AZN, aylıq 5.000 AZN nağd pul və final uduşu qismində 1 ədəd Volkswagen Tiguan markali avtomobil oynanılacaq.
Lotereyada iştirak etmək üçün SHANS sözünü yazaraq 7500 nömrəsinə göndərmək lazımdır (1 SMS-ın qiyməti 0.69 AZN). Qeydiyyatdan keçərkən, abonent 100 bonus xalı qazanacaq.
Daha sonra hər gün abonentlərə SMS vasitəsilə müsabiqə sualları göndəriləcək. Cavabı SMS şəklində yazıb 7500 nömrəsinə göndərərək, xal toplamaq olar. Doğru cavab 20 xal və ya daha artıq, yanlış cavab 10 xalla qiymətləndirilir.
Həftəlik abonentlər isə əlavə olaraq hər həftə 140 xal qazancaqlar.
Əlavə məlumatı www.shansliviktorina.com İnternet səhifəsindən və ya (012) 568 80 33 nömrəsinə zəng vuraraq Müştəri xidmətlərindən əldə edə bilərsiniz.