“Nar” abunəçiləri yay ərzində “Yay söhbətləri” kampaniyasına qoşularaq yaxınları ilə balansı düşünmədən limitsiz ünsiyyətdə ola bilərlər.
Artıq hər bir abunəçi 2 sevimli “Nar” nömrəsi seçərək onlarla bütün yay boyunca limitsiz danışmaq fürsəti əldə edir.
“Yay söhbətləri” – “Nar” abunəçiləri üçün yaradılmış və onların 2 sevimli “Nar” nömrə ilə pulsuz və limitsiz ünsiyyətdə olması üçün nəzərdə tutulmuş xüsusi kampaniyadır.
Kampaniyadan Azərbaycan ərazisində yaşayan və bu tariflərə qoşulmuş “Nar” abunəçiləri yararlana bilərlər: “Unikal”, “Saniyə”, “3-ü 1-də”, “Sənin 3-ün”, “Yerlim”, “Ölkəm”, “0”, “Super 0”, “Bumeranq”.
Qeyd edək ki, kampaniyadan istifadə üçün aylıq ödəniş 2,5 AZN təşkil edir. Seçilmiş nömrənin aktivləşdirilməsi isə 0,40 AZN-dir.
İkinci nömrənin qoşulması pulsuzdur. Kampaniyaya qoşulmayan “Nar” nömrələr və digər operatorların nömrələri ilə səsli/görüntülü zənglərin bir dəqiqəsinin qiyməti cari tarif əsasında hesablanır.
Kampaniya barədə əlavə məlumatı nar.az saytından öyrənmək olar.