Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Naxçıvanda yol təmirinə aid 53 milyonluq tenderin vaxtı uzadıldı
Naxçıvan MR-in Şahbuz şəhəri, Babək, Culfa və Ordubad rayonları ərazisində yerləşən bəzi şəhər və kənd daxili avtomobil yollarının əsaslı təmiri ilə bağlı açıq tenderin vaxtı uzadılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə dövlət satınalmalarının vahid internet portalından məlumat verilib.
Bildirilib ki, əvvəlcə tenderdə təkliflərin son təqdim olunma tarixi 18 mart olaraq müəyyən edilsə də, bəlli olmayan səbəblərdən bu tarix uzadılıb. İndi son müraciət tarixi 4 aprelədəkdir.
Qeyd edək ki, "Naxçıvan Yol Təchizat" MMC tərəfindən elan edilən tenderin ehtimal olunan qiyməti 53 milyon 220 min 215 manat olaraq müəyyən edilib. Tenderə qatılmaq istəyən şirkətlər üçün iştirak haqqı 7983.03 manatdır.