Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Maliyyə Monitorinqi Xidməti BMT Təhlükəsizlik Şurasının İŞİD və “Əl-Qaidə” Sanksiya Komitəsinin qəbul edilmiş qərarına uyğun olaraq barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin ümumi siyahısını yeniləyib.
Oxu.Az-a bu barədə Xidmətdən bildirilib.
Məlumata görə, daha bir nəfərin adı siyahıya əlavə olunub.
Həmin şəxs Səudiyyə Ərəbistanı və Qətər vətəndaşı olan, 1980-ci il təvəllüdlü Nayef Salam Muhammad Ujaym Al-Hababidir.
Ülviyyə R. Əli
www.oxu.az