Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Nazir: “Əmək müqavilələrinin sayında 18,4 faiz artım var”
2019-cu illə müqayisədə əmək müqavilələrinin sayında 18,4 faiz artım var.
Oxu.Az xəbər verir ki, bunu “Vergi islahatları: Birlikdə kölgədən işığa doğru” mövzusunda bu gün keçirilən konfransda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, müşahidə edilən artımlar iqtisadiyyatın ağarma göstəriciləri hesab olunur:
“Belə ki, sosial sığorta ayırmaları üzrə daxilolmalar 24 faiz, işsizlikdən sığorta üzrə isə 40 faiz artım qeydə alınıb. Yoxlamalar əvvəlki illərlə müqayisədə 44 faiz azalıb. Yoxlamalar nəticəsində hesablanmış ödəmələrin məbləği 18 faiz artıb.
Büdcəyə daxil olan vergi daxilolmalarının 91 faizi isə könüllü ödəmələr hesabına formalaşır. Hüquqi şəxslərin bank hesabları 19 faiz, fiziki şəxslərin bank hesabları isə 26 faiz artıb. Aktiv ƏDV ödəyicilərinin sayı 37,5 faizə qədər artıb. Nəticədə ƏDV üzrə ümumi artım tempi 16,4 faiz artıb”.