"Azərbaycanın milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsait 29 dəfə artırılaraq 8.4 milyard manata çatıb".
Oxu.Az xəbər verir ki, bu sözləri maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin elmi-praktiki konfransında deyib.
O bildirib ki, 2005-2025-ci illər ərzində yalnız müdafiə xərclərinə 58 milyard manata yaxın vəsait yöndəldilib:
"Bununla yanaşı, 2021-2025-ci illərdə işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 21.6 milyard manat vəsait ayrılıb".
Mərahim Nəsib